• Home  
  • BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
- Cəmiyyət - Gündəm - Ölkə

BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Hazırda respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Abşeron yarımadası da daxil olmaqla bir sıra bölgələrdə görünüş məsafəsi məhdudlaşıb. Əks-səda xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol hərəkəti iştirakçılarına müraciət edib. Bildirilib ki, dumanlı hava xüsusilə səhər və axşam saatlarında sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə azaldır ki, bu da […]

Hazırda respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Abşeron yarımadası da daxil olmaqla bir sıra bölgələrdə görünüş məsafəsi məhdudlaşıb.

Əks-səda xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol hərəkəti iştirakçılarına müraciət edib.

Bildirilib ki, dumanlı hava xüsusilə səhər və axşam saatlarında sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə azaldır ki, bu da ağır yol-nəqliyyat hadisələrinə, o cümlədən zəncirvari toqquşmalara zəmin yaradır:

“Odur ki, sürücülərə belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, daha çox ara məsafəsi saxlamaq, xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur.

Piyadalardan isə dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını aydın görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, yola çıxarkən daha məsuliyyətli olmalarını xahiş edirik”.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.