• Home  
  • Lənkəranda ova gedən kişinin meyiti tapılıb
- Gündəm - Hadisə - Ölkə

Lənkəranda ova gedən kişinin meyiti tapılıb

Lənkəran rayonunda ova gedən 64 yaşlı kişinin meyiti aşkarlanıb. Əks-səda xəbər verir ki, hadisə rayonun Ürgə kəndi ərazisində qeydə alınıb. Müəyyən edilib ki, qamışlıqda tapılan cansız bədən 1962-ci il təvəllüdlü Ramiz Bəxtiyar oğlu Əliyevə məxsusdur. İlkin məlumata görə, R.Əliyev iki gün əvvəl ov etmək məqsədilə həmin əraziyə gedib və geri qayıtmayıb. Bundan sonra onun axtarışlarına başlanılıb. […]

Lənkəran rayonunda ova gedən 64 yaşlı kişinin meyiti aşkarlanıb.

Əks-səda xəbər verir ki, hadisə rayonun Ürgə kəndi ərazisində qeydə alınıb.

Müəyyən edilib ki, qamışlıqda tapılan cansız bədən 1962-ci il təvəllüdlü Ramiz Bəxtiyar oğlu Əliyevə məxsusdur.

İlkin məlumata görə, R.Əliyev iki gün əvvəl ov etmək məqsədilə həmin əraziyə gedib və geri qayıtmayıb. Bundan sonra onun axtarışlarına başlanılıb.

Meyitə baxış zamanı baş nahiyəsində xəsarət aşkarlanıb.

Meyit daxili və xarici müayinə aparılması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib. Ekspertizanın rəyindən sonra R.Əliyevin ölüm səbəbi məlum olacaq.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.