• Home  
  • Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, şəhərə 36 min avro dəyərində ziyan vurulub
- Dünya - Gündəm - Hadisə

Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, şəhərə 36 min avro dəyərində ziyan vurulub

Bu həftəsonu Barselonada (İspaniya) baş verən iğtişaşlar zamanı 128 nəfər saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə şəhərin meri Xaume Kolboni “Cadena SER” radiostansiyasının efirində bildirib. Onun sözlərinə görə, saxlanılanların 56 %-i yetkinlik yaşına çatmayanlardır: “Bu, sosial şəbəkələrdə, xüsusilə TikTok-da təşkil edilən olduqca şübhəli bir aksiyadır”. Kolboni iğtişaşlar nəticəsində şəhər əmlakına vurulan ilkin ziyanı 36 min avro […]

Bu həftəsonu Barselonada (İspaniya) baş verən iğtişaşlar zamanı 128 nəfər saxlanılıb.

Əks-səda xəbər verir ki, bu barədə şəhərin meri Xaume Kolboni “Cadena SER” radiostansiyasının efirində bildirib.

Onun sözlərinə görə, saxlanılanların 56 %-i yetkinlik yaşına çatmayanlardır: “Bu, sosial şəbəkələrdə, xüsusilə TikTok-da təşkil edilən olduqca şübhəli bir aksiyadır”.

Kolboni iğtişaşlar nəticəsində şəhər əmlakına vurulan ilkin ziyanı 36 min avro məbləğində qiymətləndirib.

Bundan əlavə, iğtişaşlarla əlaqədar 14 polis əməkdaşı xəsarət alıb, onlardan 4-nun vəziyyəti ağır qiymətləndirilir.

Yanğınsöndürənlərə 33 çağırış daxil olub, ticarət obyektlərinə qarşı isə 23 vandalizm hadisəsi qeydə alınıb. Bundan başqa, polis 68 halda bıçaq, qaz balonu, fişəng, balaklava və digər əşyalar götürüb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.