• Home  
  • Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb
- Gündəm - Hadisə - Ölkə

Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb

Abşeron rayonu, Fatmayı kəndində evdə partlayış baş verib. Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, FHN-in qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fərdi yaşayış evinə bitişik ümumi sahəsi 10 kv.m. olan köməkçi tikilidə yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən edilib. Partlayış nəticəsində köməkçi tikilinin dəhlizinin tavanı […]

Abşeron rayonu, Fatmayı kəndində evdə partlayış baş verib.

Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-in qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fərdi yaşayış evinə bitişik ümumi sahəsi 10 kv.m. olan köməkçi tikilidə yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən edilib.

Partlayış nəticəsində köməkçi tikilinin dəhlizinin tavanı 4 kv.m sahədə dağılıb, 2 nəfər xəsarət alıb. Hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.