Ermənistan və Türkiyə yaxın gələcəkdə diplomatik münasibətlər quracaq.
Əks-səda Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Ermənistan və Türkiyə hələ diplomatik münasibətlər qurmayıb, lakin əminəm ki, bu münasibətlər yaxın gələcəkdə bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini tanımaqla qurulacaq. Və düşünürəm ki, bu fakt qeydə alınmalıdır”, – o bildirib.

