• Home  
  • Mehriban Əliyeva: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
- Manşet - Ölkə - Rəsmi

Mehriban Əliyeva: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Noyabr – Zəfər Günü münasibətilə sosial media hesablarında paylaşım edib. Əks-səda paylaşımı təqdim edir: “Bu gün biz böyük qürurla Zəfər Gününü qeyd edirik! Biz Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq! Qəhrəmanlığınıza, şücaətinizə, cəsarətinizə, dözümlülüyünüzə görə, bugünkü bayramı müzəffər xalq kimi qeyd etdiyimizə görə çox sağ olun! […]

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Noyabr – Zəfər Günü münasibətilə sosial media hesablarında paylaşım edib.

Əks-səda paylaşımı təqdim edir: “Bu gün biz böyük qürurla Zəfər Gününü qeyd edirik! Biz Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq! Qəhrəmanlığınıza, şücaətinizə, cəsarətinizə, dözümlülüyünüzə görə, bugünkü bayramı müzəffər xalq kimi qeyd etdiyimizə görə çox sağ olun!

Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın nurlu xatirəsini ehtiramla yad edir, onların doğma və yaxınlarına səbir arzulayıram! Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün!

Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN”.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.