Nyu-Yorkun turistik ərazisində bıçaqlanma hadisəsi baş verib.
Əks-səda “ABC News”a istinadən xəbər verir.
Telekanalın məlumatına görə, avqustun 31-i gündüz saatlarında “Times” meydanı yaxınlığında bıçaqla silahlanmış qadın azı iki nəfəri yaralayıb. Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onu zərərsizləşdiriblər.
Telekanal qeyd edib ki, hücum olunan şəxslərdən biri xəstəxanada vəfat edib, digərinin xəsarətləri isə ağırdır.
Rəsmilər bildiriblər ki, insident terror aktı olmayıb. Hazırda hücum edən şəxsin psixi sağlamlığı barədə məlumat yoxlanılır.


