• Home  
  • Türkiyə Prezidenti Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib
- Gündəm - Ölkə - Siyasət

Türkiyə Prezidenti Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib. Əks-səda xəbər verir ki, Prezident bu barədə Azərbaycana rəsmi səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlamasında danışıb. “Mən azərbaycanlı qardaşlarımızı Zəfər Günü münasibətilə bir daha də sizlərin hüzurunda təbrik edirəm. Həmçinin Dövlət Bayrağı Günü münasibətilə can Azərbaycanı təbrik edirəm. Keçən il Zəfər Gününün […]

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib.

Əks-səda xəbər verir ki, Prezident bu barədə Azərbaycana rəsmi səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlamasında danışıb.

“Mən azərbaycanlı qardaşlarımızı Zəfər Günü münasibətilə bir daha də sizlərin hüzurunda təbrik edirəm. Həmçinin Dövlət Bayrağı Günü münasibətilə can Azərbaycanı təbrik edirəm. Keçən il Zəfər Gününün 5-ci ildönümü çərçivəsində Bakıda təşkil olunan hərbi keçid mərasiminə də qatılmışdıq. İndi də Şuşada Azərbaycanla həmrəyliyimizi bir daha nümayiş etdirmiş olduq. Birlik və bərabərlik mesajlarımızı ən güclü şəkildə verdik. Xocalı Soyqırımı şəhidlərimizi rəhmətlə andıq, Xankəndini ziyarət etdik. Qəhrəmanlarımızın ruhunu inşallah şad elədik”, – Ərdoğan qeyd edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.