• Home  
  • Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb
- Dünya - Gündəm

Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb

Macarıstandakı “Pakş” atom elektrik stansiyasının (AES) ikinci enerji blokunun iş gücü mexaniki avadanlığın nasazlığı səbəbindən azaldılıb. Əks-səda xəbər verir ki, bu barədə MVM dövlət korporasiyasının məlumatlarına istinadən “Reuters” agentliyi bildirib. Qeyd olunub ki, standart 2 min meqavat olduğu halda, güc 150 meqavat azaldılıb. Bundan əvvəl AES operatoru stansiyanın müxtəlif sistemlərinin soyudulmasını təmin edən Dunay çayında suyun […]

Dünya

Macarıstandakı “Pakş” atom elektrik stansiyasının (AES) ikinci enerji blokunun iş gücü mexaniki avadanlığın nasazlığı səbəbindən azaldılıb.

Əks-səda xəbər verir ki, bu barədə MVM dövlət korporasiyasının məlumatlarına istinadən “Reuters” agentliyi bildirib.

Qeyd olunub ki, standart 2 min meqavat olduğu halda, güc 150 meqavat azaldılıb. Bundan əvvəl AES operatoru stansiyanın müxtəlif sistemlərinin soyudulmasını təmin edən Dunay çayında suyun səviyyəsinin rekord həddə aşağı düşməsi səbəbindən stansiyanın gücünü artıq azaldıb.

Budapeştdən 100 km cənubda, Dunay çayının sahilində yerləşən Pakş AES Macarıstanda istehsal olunan elektrik enerjisinin 45%-ni və istehlak edilən elektrik enerjisinin 36%-ni təmin edir. Stansiyada VVER-440 reaktorlarına malik dörd enerji bloku fəaliyyət göstərir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.