“Trabzonspor” basketbol komandası FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə “Sabah”a məğlub olduğu üçün baş məşqçi Selçuk Ernakla yolları ayrıb.
Əks-səda xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
“Basketbol komandamızda baş məşqçi olan Selçuk Ernak vəzifəsindən uzaqlaşdırılıb. Ona bundan sonrakı karyerasında uğurlar arzulayırıq”, – klubdan bildirilib.
Xatırladaq ki, Milli Gimnastika Arenasında reallaşan görüş “Sabah”ın qalibiyyəti ilə bitib – 91:72.


