• Home  
  • Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə başlayacaq
- Dünya - Gündəm - Hadisə

Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə başlayacaq

Cənubi Koreya və Birləşmiş Ştatlar gələn həftə irimiqyaslı birgə hərbi təlimlərə başlayacaq. Əks-səda “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə hərbi qurumdan bildirilib. Ümumi müdafiə hazırlığının artırılmasına xidmət edən “Ulchi Freedom Shield (UFS)” təlimləri avqustun 17-dən 27-dək keçiriləcək. Hər il keçirilən bu təlimlər fövqəladə hallarda Şimali Koreyaya qarşı tədbirlərə hazırlıq kimi qiymətləndirilir. UFS təlimləri […]

Cənubi Koreya və Birləşmiş Ştatlar gələn həftə irimiqyaslı birgə hərbi təlimlərə başlayacaq.

Əks-səda “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə hərbi qurumdan bildirilib.

Ümumi müdafiə hazırlığının artırılmasına xidmət edən “Ulchi Freedom Shield (UFS)” təlimləri avqustun 17-dən 27-dək keçiriləcək. Hər il keçirilən bu təlimlər fövqəladə hallarda Şimali Koreyaya qarşı tədbirlərə hazırlıq kimi qiymətləndirilir.

UFS təlimləri hərbi əməliyyat komandanlığının (OPCON) yenidən Vaşinqtondan Seula keçməsindən sonra müttəfiqlərin Cənubi Koreyanın birləşmiş qüvvələrə rəhbərlik etmək qabiliyyətini qiymətləndirə biləcəyi poliqon hesab olunur.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.