• Home  
  • Bakıda avtomobil körpüdən aşıb
- Gündəm - Hadisə - Ölkə

Bakıda avtomobil körpüdən aşıb

Bakının Nizami rayonunda, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində BMW markalı minik avtomobili körpüdən köməkçi yola aşıb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, qəza nəticəsində Günəşli qəsəbəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb. İlkin məlumata görə, qəzaya uğrayan 10 HH 919 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Vüsal Nəsirli yüngül xəsarətlər […]

Bakının Nizami rayonunda, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində BMW markalı minik avtomobili körpüdən köməkçi yola aşıb.

Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində Günəşli qəsəbəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb.

İlkin məlumata görə, qəzaya uğrayan 10 HH 919 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Vüsal Nəsirli yüngül xəsarətlər alıb.

Hazırda polis yaranmış sıxlığın aradan qaldırılması və nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində zəruri tədbirlər görür.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.