• Home  
  • İspaniyada etirazçılar teleradio şirkətlərinin yayımına mane olublar
- Dünya - Gündəm - Hadisə

İspaniyada etirazçılar teleradio şirkətlərinin yayımına mane olublar

Madriddə (İspaniya) ümumi tətil zamanı etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar baş verib, polis bibər qazından istifadə edib. Əks-səda xəbər verir k, bu barədə İspaniya mediası məlumat yayıb. Həmkarlar ittifaqı təşkilatları 13 etirazçıya tibbi yardımın lazım olduğunu və 1 nəfərin saxlanıldığını bildiriblər. Məlumata görə, İspaniyada həmkarlar ittifaqları 24 saatlıq ümumi tətil keçirir. Aksiya iştirakçıları əməkhaqqının artırılmasını, […]

Madriddə (İspaniya) ümumi tətil zamanı etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar baş verib, polis bibər qazından istifadə edib.

Əks-səda xəbər verir k, bu barədə İspaniya mediası məlumat yayıb.

Həmkarlar ittifaqı təşkilatları 13 etirazçıya tibbi yardımın lazım olduğunu və 1 nəfərin saxlanıldığını bildiriblər.

Məlumata görə, İspaniyada həmkarlar ittifaqları 24 saatlıq ümumi tətil keçirir. Aksiya iştirakçıları əməkhaqqının artırılmasını, mənzil əlçatanlığı üçün tədbirlərin görülməsini və yaşayış xərclərinin artması probleminin həllini tələb edirlər.

Digər ərazilərdə və şəhərə giriş yollarında nümayişlər səbəbindən nəqliyyatın hərəkətində də çətinliklər yarana bilər. İctimai nəqliyyatın işinə də məhdudiyyətlər tətbiq olunur. Metro, avtobuslar və şəhərətrafı qatarlar (Rodalies) pik saatlarda qısaldılmış qrafiklə işləyir. Madrid Şəhər Şurası 2 700 bələdiyyə polisini səfərbər edəcək.

Hımçinin bildirilib ki, İspaniyanın “Canal Sur” telekanalı (Əndəlüsün regional dövlət kanalı) ümumi tətil ilə əlaqədar öz müntəzəm yayımını dayandırıb.

Bundan başqa, etirazçılar “La2Cat” və “Radio 4” radiostansiyalarında “Cafè d’Idees” proqramının canlı yayımını pozublar, RTVE telekanalı da fasilələr barədə məlumat verib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.