• Home  
  • Astarada mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb
- Gündəm - Hadisə - Ölkə

Astarada mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb

Astara rayonunda mikroavtobusun aşması nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb. Əks-səda xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb. İlkin məlumata əsasən, mikroavtobusda olan 20-yə yaxın sərnişindən xəsarət alan 4 nəfər (3 kişi,1 qadın) 2026-cı il noyabrın 11-i saat […]

Astara rayonunda mikroavtobusun aşması nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb.

Əks-səda xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib.

Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb.

İlkin məlumata əsasən, mikroavtobusda olan 20-yə yaxın sərnişindən xəsarət alan 4 nəfər (3 kişi,1 qadın) 2026-cı il noyabrın 11-i saat 10:20 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin travmaları və sınıqları diaqnozları təyin olunub. 2 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində, 2 nəfərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.