Xalq artisti Miri Yusif Yaşıl Teatrda keçirilən beş günlük konsert marafonunu uğurla başa vuraraq karyerasında yeni rekorda imza atıb.
Əks səda xəbər verir ki, sənətçinin sözlərinə görə, konsertlər əvvəlcə üç günlük elan olunsa da, əsas plan beş günlük proqram həyata keçirmək olub.
“Əslində niyyətimiz əvvəlcədən beş günlük konsert proqramı idi. Amma ilk mərhələdə üç günü elan etdik. Tamaşaçı marağını və tələbatı gördükdən sonra daha iki günü də proqrama əlavə etdik. Bu sevgi bizi çox xoşbəxt etdi”, – deyə Miri Yusif bildirib


