• Home  
  • Zidan Fransa futbol yığmasının baş məşqçisi təyin olunub
- Dünya - Gündəm - Idman

Zidan Fransa futbol yığmasının baş məşqçisi təyin olunub

Zinəddin Zidan Fransa futbol yığmasının baş məşqçisi təyin olunub. Əks-səda xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası məlumat yayıb. Dünya çempionu və Çempionlar Liqasının üçqat qalibi ilə 2030-cu ildə keçiriləcək Futbol üzrə Dünya Çempionatının sonuna qədər müqavilə imzalanıb. Qeyd edək ki, Zidan bu postda 14 il milliyə rəhbərlik etmiş Didye Deşamı əvəzləyib. Didye Deşam baş […]

Zinəddin Zidan Fransa futbol yığmasının baş məşqçisi təyin olunub.

Əks-səda xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası məlumat yayıb.

Dünya çempionu və Çempionlar Liqasının üçqat qalibi ilə 2030-cu ildə keçiriləcək Futbol üzrə Dünya Çempionatının sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Zidan bu postda 14 il milliyə rəhbərlik etmiş Didye Deşamı əvəzləyib.

Didye Deşam baş məşqçi olduğu müddətdə Fransa yığması dünya çempionu (2018), dünya (2022) və Avropa çempionatlarının (2016) gümüş mükafatçısı və Millətlər Liqasının (2021) qalibi olub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.