• Home  
  • DİN vətəndaşlara çağırış edib: Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın
- Cəmiyyət - Gündəm - Hadisə

DİN vətəndaşlara çağırış edib: Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın

Kiberdələduzlar saxta internet səhifələri və keçidlər, uduş və hədiyyə vədləri, eləcə də digər cəlbedici təkliflər vasitəsilə vətəndaşların bank kartlarına aid məxfi məlumatları ələ keçirməyə çalışırlar. “Əks-səda” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bank kartının məlumatları, o cümlədən CVV/CVC və əməliyyatların təsdiqi üçün göndərilən 3D Secure OTP kodları məxfidir və heç bir halda […]

Kiberdələduzlar saxta internet səhifələri və keçidlər, uduş və hədiyyə vədləri, eləcə də digər cəlbedici təkliflər vasitəsilə vətəndaşların bank kartlarına aid məxfi məlumatları ələ keçirməyə çalışırlar.

Əks-səda” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bank kartının məlumatları, o cümlədən CVV/CVC və əməliyyatların təsdiqi üçün göndərilən 3D Secure OTP kodları məxfidir və heç bir halda digər şəxslərlə paylaşılmamalıdır:

“Naməlum keçidlərə daxil olmaqdan, etibarlılığı şübhəli olan internet səhifələrində kart məlumatlarını qeyd etməkdən, şübhəli zəng, mesaj və təkliflərdən çəkinin”.

Daxili İşlər Nazirliyi vətəndaşları internet resurslarından istifadə zamanı diqqətli və ayıq-sayıq olmağa, bank məlumatlarının təhlükəsizliyini qorumağa çağırır.

Kiberdələduzluq halları ilə qarşılaşdıqda dərhal DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət edin.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.