İrəvanın keçmiş meri Qaqik Beqlaryandan 76,8 milyon dramdan (təxminən 208 min dollar) çox vəsait müsadirə olunacaq.
“Əks-səda” xəbər verir ki, bu barədə Ermənistan mediası Antikorrupsiya məhkəməsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, məhkəmə iyulun 7-də prokurorluğun müvafiq iddiasını tam təmin edib.
Məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qeyd olunan məbləğ Beqlaryandan İrəvan bələdiyyəsinin xeyrinə müsadirə ediləcək. Sabiq merə qarşı iddia 2025-ci ilin sentyabrında icraata qəbul edilmişdi. O zaman məhkəmə onun əmlakı üzərinə iddia tələblərinin məbləği həddində həbs qoymuşdu.
Daha əvvəl Q.Beqlaryana qarşı İrəvanda, əsasən də şəhərin mərkəzində 27-yə yaxın daşınmaz əmlak obyektini qanunsuz mənimsəmə şübhəsi ilə cinayət işi açılmışdı.


