Almaniyanın Moskvadakı səfiri Aleksandr Qraf Lambsdorff Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
“Əks-səda” xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Fransa və Almaniya Federativ Respublikasında Rusiya səfirlərinin xarici siyasət idarələrinə çağırılmasından sonra Lambsdorff da Rusiya XİN-ə dəvət edilib. Paris və Berlin Avropada həyata keçirildiyi iddia olunan “genişmiqyaslı kiberkampaniyanı” pisləyərək bu addımı atıblar. Rusiya tərəfi isə Qərb ölkələrinin təxribatlar və kiberhücumlarla bağlı ittihamlarını rədd edib.


