Fransanın PSJ və Almaniyanın “Borussiya” (Dortmund) klubunun sabiq futbolçusu Tomas Menye İngiltərə təmsilçisi “Sanderlend”ə keçib.
“Əks-səda” xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
34 yaşlı cinah müdafiəçisinin müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.
Xatırladaq ki, Tomas Menye son olaraq Fransada “Lill”in formasını geyinib.


