• Home  
  • Xorvatiya – Sloveniya sərhədini keçməyə çalışan beş miqrant ölüb
- Dünya - Gündəm - Hadisə

Xorvatiya – Sloveniya sərhədini keçməyə çalışan beş miqrant ölüb

Xorvatiya ilə Sloveniya arasında sərhəddə yerləşən Kupa çayını keçməyə çalışan beş miqrant boğularaq ölüb. Əks-səda “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə cümə günü Xorvatiya polisi xəbər verib. Məlumata görə, hadisə yerinə ilk gələn zabit beş nəfəri sudan xilas etməyə kömək edib, qalan miqrantlar isə üzərək Sloveniyaya gediblər. Əlavə məlumat verilməyib. Xorvatiya Qərbi Avropaya çatmağa […]

Hadisə

Xorvatiya ilə Sloveniya arasında sərhəddə yerləşən Kupa çayını keçməyə çalışan beş miqrant boğularaq ölüb.

Əks-səda “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə cümə günü Xorvatiya polisi xəbər verib.

Məlumata görə, hadisə yerinə ilk gələn zabit beş nəfəri sudan xilas etməyə kömək edib, qalan miqrantlar isə üzərək Sloveniyaya gediblər.

Əlavə məlumat verilməyib.

Xorvatiya Qərbi Avropaya çatmağa çalışan miqrantların istifadə etdiyi Balkan quru yolu adlanan yolun üzərində yerləşir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.