• Home  
  • Azərbaycanın çimərlik futbolu millisi Avropa çempionatının seçmə mərhələsində İngiltərəyə qalib gəlib
- Gündəm - Idman

Azərbaycanın çimərlik futbolu millisi Avropa çempionatının seçmə mərhələsində İngiltərəyə qalib gəlib

Çimərlik futbolu üzrə Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsindəki (EBSL) ilk oyununda İngiltərə yığmasını məğlub edib. “Əks-səda” AFFA-ya sitinadən xəbər verir ki, B Liqasının B qrupunda yer alan komanda Batumi çimərlik meydançasında baş tutan görüşdə 8:3 hesablı qələbə qazanıb. Millinin heyətində Sabir Allahquliyev 4, Sahib Məmmədov və Mirmövsüm Cəniyev hərəyə 2 qol […]

Çimərlik futbolu üzrə Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsindəki (EBSL) ilk oyununda İngiltərə yığmasını məğlub edib.

Əks-səda” AFFA-ya sitinadən xəbər verir ki, B Liqasının B qrupunda yer alan komanda Batumi çimərlik meydançasında baş tutan görüşdə 8:3 hesablı qələbə qazanıb.

Millinin heyətində Sabir Allahquliyev 4, Sahib Məmmədov və Mirmövsüm Cəniyev hərəyə 2 qol vurublar.

Qeyd edək ki, Azərbaycan millisi qrupda ikinci oyununu bu gün Slovakiyaya, üçüncü matçını isə iyulun 17-də Latviyaya qarşı keçirəcək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.