Boltsano şəhərində (İtaliyanın şimalı) 1920-ci illərə aid yerli məhkəmə binası çöküb.
“Əks-səda” xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Son vaxtlar bərpa və genişləndirmə işlərinin aparıldığı binanın təxminən dörddə biri çöküb.
Boltsano məhkəməsinin sədri Françeska Bortolotti çökmənin yenidənqurma işlərinin aparıldığı zonadakı sütunlar səbəbindən baş verdiyini bildirib.
Çökmə anında binanın içərisində üç nəfər olub, onlardan biri yüngül xəsarətlər alıb.


