• Home  
  • Britaniyalı xakerlər Londonun nəqliyyat sisteminə kiberhücuma görə 11 il müddətinə azadlıqdan məhrum ediliblər
- Dünya - Gündəm - Manşet - Texnologiya

Britaniyalı xakerlər Londonun nəqliyyat sisteminə kiberhücuma görə 11 il müddətinə azadlıqdan məhrum ediliblər

Londonun Vulviç Kral Məhkəməsi 2024-cü ildə Londonun nəqliyyat idarəsinə (“Transport for London”, TfL) kiberhücum həyata keçirən iki britaniyalı xakeri ümumilikdə 11 il müddətinə azadlıqdan məhrum edib. “Əks-səda” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Agentliyin məlumatına görə, 20 yaşlı Talha Cübeyr və 18 yaşlı Ouen Flauers ötən ay 2024-cü ilin avqust və sentyabr aylarında TfL-in […]

Londonun Vulviç Kral Məhkəməsi 2024-cü ildə Londonun nəqliyyat idarəsinə (“Transport for London”, TfL) kiberhücum həyata keçirən iki britaniyalı xakeri ümumilikdə 11 il müddətinə azadlıqdan məhrum edib.

Əks-səda” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, 20 yaşlı Talha Cübeyr və 18 yaşlı Ouen Flauers ötən ay 2024-cü ilin avqust və sentyabr aylarında TfL-in informasiya sistemlərinin sındırılmasında təqsirkar olduqlarını etiraf ediblər.

Etiraf məhkəmə prosesinin ilk günündə edilib. Məlumata görə, TfL-ə edilən kiberhücumun nəticələrinin aradan qaldırılması 29 milyon funt sterlinqə (təxminən 39,2 milyon dollar) başa gəlib.

Bundan əlavə, O.Flauers ABŞ-də iki qeyri-kommersiya səhiyyə təşkilatına edilən kiberhücumlarda da təqsirini etiraf edib. O, ikinci hücum həyata keçirilən zaman saxlanılıb.

Məhkəmə təqsirləndirilən şəxslərin hər birini 5,5 il müddətinə azadlıqdan məhrum edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.