Rusiyanın Çelyabinsk vilayətinin Verxniy Ufaley şəhərində güclü leysanla əlaqədar fərdi evlərin su altında qalması səbəbindən 40-dan çox insan təxliyə edilib.
“Əks-səda” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə regionun Ekologiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Son 12 saat ərzində ərazidə 51 mm yağıntı qeydə alınıb.
“Ufaleyka və Generalka çaylarında suyun səviyyəsinin kəskin qalxması ilə əlaqədar sahil zonasında yerləşən 14 həyətyanı sahə su altında qalıb, avtomobil nəqliyyatının hərəkətində problem yaranıb. Təhlükəsizliyin təmin edilməsi məqsədilə subasma zonasından 42 nəfər təxliyə edilib. Onların əksəriyyəti qohumlarının və tanışlarının yanında yerləşib, 6 nəfər isə müvəqqəti yerləşdirmə məntəqəsindədir”, – məlumatda bildirilib.


