• Home  
  • Pakistanda məktəb damının uçması nəticəsində 34 şagird həlak olub
- Dünya - Gündəm - Hadisə

Pakistanda məktəb damının uçması nəticəsində 34 şagird həlak olub

Pakistanın Peşəvər şəhərinin Dir-Koloni rayonunda özəl məktəbin damının uçması nəticəsində xeyli sayda şagird həlak olub. Əks-səda xəbər verir ki, bu barədə “Dawn” nəşri məlumat yayıb. Məlumatda deyilib ki, onların əksəriyyətinin 13 yaşı var. Hadisə ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Bir müəllimin də həlak olduğu da qeyd olunub, həmçinin, 30-dan çox yaralı xəstəxanaya çatdırılıb. Polisin məlumatına […]

Pakistanın Peşəvər şəhərinin Dir-Koloni rayonunda özəl məktəbin damının uçması nəticəsində xeyli sayda şagird həlak olub.

Əks-səda xəbər verir ki, bu barədə “Dawn” nəşri məlumat yayıb.

Məlumatda deyilib ki, onların əksəriyyətinin 13 yaşı var. Hadisə ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Bir müəllimin də həlak olduğu da qeyd olunub, həmçinin, 30-dan çox yaralı xəstəxanaya çatdırılıb.

Polisin məlumatına görə, dam uçarkən binanın daxilində 110-115 uşaq olub. Hadisədən sonra özəl məktəbin sahibi həbs edilib.

Axtarış-xilasetmə işləri nəticəsində məlum olub ki, məktəbin damının uçması nəticəsində ən azı 34 şagird və 1 müəllimə həlak olub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.