• Home  
  • Hindistanda dini festival zamanı izdihamda iki nəfər ölüb, 100-ə yaxın şəxs xəsarət alıb
- Dünya - Gündəm - Hadisə

Hindistanda dini festival zamanı izdihamda iki nəfər ölüb, 100-ə yaxın şəxs xəsarət alıb

Hindistanın Odişa ştatının Puri şəhərində keçirilən ənənəvi dini festivalı zamanı yaranan izdiham nəticəsində iki nəfər ölub, 100-ə yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. “Əks-səda” “Hindustan Times”-a istinadən xəbər verir ki, insident Caqannath məbədinin Sinqhadvara (Şir qapısı) yaxınlığında zəvvarların kəskin sıxlığı səbəbindən baş verib. Yaranan panika nəticəsində insanlar bir-birini tapdalamağa başlayıblar. Hadisə yerinə cəlb olunan xilasedicilər […]

Hindistanın Odişa ştatının Puri şəhərində keçirilən ənənəvi dini festivalı zamanı yaranan izdiham nəticəsində iki nəfər ölub, 100-ə yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Əks-səda” “Hindustan Times”-a istinadən xəbər verir ki, insident Caqannath məbədinin Sinqhadvara (Şir qapısı) yaxınlığında zəvvarların kəskin sıxlığı səbəbindən baş verib. Yaranan panika nəticəsində insanlar bir-birini tapdalamağa başlayıblar.

Hadisə yerinə cəlb olunan xilasedicilər xəsarət alanları təxliyə edərək xəstəxanalara çatdırıblar.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.