• Home  
  • İsrail Knesseti növbədənkənar seçkilərdən əvvəl özünü buraxıb
- Dünya - Gündəm - Siyasət

İsrail Knesseti növbədənkənar seçkilərdən əvvəl özünü buraxıb

İsrail Knesseti (parlament) cümə günü səhər tezdən növbədənkənar parlament seçkilərindən əvvəl qanunverici orqanın buraxılmasını nəzərdə tutan qanun qəbul edib. Əks-səda xəbər verir ki, bu barədə yerli “Ynet” portalı xəbər verib. Qəbul edilmiş sənədə əsasən, Knesset 17 iyulda işini başa vuracaq və tətilə çıxacaq. Qanun ikinci və üçüncü oxunuşlardan keçib. Sənədin lehinə 62 üzv səs verib, əleyhinə […]

İsrail Knesseti (parlament) cümə günü səhər tezdən növbədənkənar parlament seçkilərindən əvvəl qanunverici orqanın buraxılmasını nəzərdə tutan qanun qəbul edib.

Əks-səda xəbər verir ki, bu barədə yerli “Ynet” portalı xəbər verib.

Qəbul edilmiş sənədə əsasən, Knesset 17 iyulda işini başa vuracaq və tətilə çıxacaq.

Qanun ikinci və üçüncü oxunuşlardan keçib. Sənədin lehinə 62 üzv səs verib, əleyhinə çıxan və bitərəf qalan olmayıb.

Xatırladaq ki, İsraildə növbədənkənar parlament seçkiləri 27 oktyabra təyin edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.