Almaniyanın “Bavariya” klubu futbolçusu Maykl Olisenin müqaviləsinin müddətini uzatmaq istəyir.
Əks-səda xəbər verir ki, Münhen təmsilçisi 24 yaşlı yarımmüdafiəçini satmaq niyyətində deyil.
Ölkə çempionu fransalı oyunçunu komandada ən çox maaş alan futbolçulardan biri etməyi planlaşdırır.
Onun hazırkı sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.
Xatırladaq ki, Maykl Olise 2025/2026 mövsümündə “Bavariya”da 52 oyuna 22 qol və 31 məhsuldar ötürmə ilə yadda qalıb.


