Türkiyənin Antalya vilayətinin Kumluca rayonunda turistləri daşıyan mikroavtobusunun qəzaya uğraması nəticəsində 15 nəfər xəsarət alıb.
Əks-səda xəbər verir ki, mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.
Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürən və jandarm əməkdaşları cəlb olunub.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.


