• Home  
  • Serbiya NASA-nın “Artemis” kosmik proqramına qoşulub
- Dünya - Gündəm - Texnologiya

Serbiya NASA-nın “Artemis” kosmik proqramına qoşulub

Serbiya NASA-nın “Artemis” kosmik proqramına qoşulub. Əks-səda xəbər verir ki, nazir Marko Curiç Vaşinqtonda NASA-nın mənzil-qərargahında bu proqrama qoşulmağı nəzərdə tutan sazişi imzalayıb. M. Curiç vurğulayıb ki, bu addım Serbiyanın beynəlxalq hüquqa hörmət, elmi tərəqqi və dövlətlərin kosmosun tədqiqi sahəsində birgə fəaliyyətinə sadiqliyinin təsdiqidir. Nazir bildirib ki, “Artemis” sazişləri 1967-ci ildə qəbul edilmiş, dövlətlərin kosmosun, o cümlədən […]

Serbiya NASA-nın “Artemis” kosmik proqramına qoşulub.

Əks-səda xəbər verir ki, nazir Marko Curiç Vaşinqtonda NASA-nın mənzil-qərargahında bu proqrama qoşulmağı nəzərdə tutan sazişi imzalayıb.

M. Curiç vurğulayıb ki, bu addım Serbiyanın beynəlxalq hüquqa hörmət, elmi tərəqqi və dövlətlərin kosmosun tədqiqi sahəsində birgə fəaliyyətinə sadiqliyinin təsdiqidir.

Nazir bildirib ki, “Artemis” sazişləri 1967-ci ildə qəbul edilmiş, dövlətlərin kosmosun, o cümlədən Ayın və digər səma cisimlərinin tədqiqi və istifadəsi üzrə fəaliyyətini tənzimləyən Prinsiplər haqqında Müqaviləyə, eləcə də onilliklərdir kosmosun dinc məqsədlərlə tədqiqini istiqamətləndirən beynəlxalq kosmik hüquq sisteminə əsaslanır.

XİN başçısı bəyan edib ki, Serbiya kosmik dövlət olmasa da, ölkə kosmosun tədqiqi tarixində mühüm yer tutur.

“Serbiya elmə, texnologiyaya və innovasiyalara investisiya qoymağa davam edir və “Artemis” proqramına üzvlük ölkənin elmi-tədqiqat institutları, universitetləri, şirkətləri və gənc tədqiqatçıları üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq baxımından yeni imkanlar yaradacaq”, – deyə o qeyd edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.