• Home  
  • Monteneqroda narkobaronun tutulmasında yardıma görə yarım milyon avro mükafat elan edilib
- Dünya - Gündəm - Hadisə

Monteneqroda narkobaronun tutulmasında yardıma görə yarım milyon avro mükafat elan edilib

Monteneqronun Daxili İşlər Nazirliyi ölkənin ən böyük narkotik qruplaşmasının qaçaq başçısı Radoe Zvitserin saxlanılmasına gətirib çıxara biləcək məlumat üçün 500 min avro məbləğində mükafat təyin edib. Əks-səda xəbər verir ki, bu barədə Monteneqro Polis İdarəsinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, 42 yaşlı Zvitser İnterpolun “qırmızı” orderi ilə beynəlxalq axtarışdadır. Ona cinayətkar birliyin təşkili, narkotik vasitələrin […]

Dünya

Monteneqronun Daxili İşlər Nazirliyi ölkənin ən böyük narkotik qruplaşmasının qaçaq başçısı Radoe Zvitserin saxlanılmasına gətirib çıxara biləcək məlumat üçün 500 min avro məbləğində mükafat təyin edib.

Əks-səda xəbər verir ki, bu barədə Monteneqro Polis İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 42 yaşlı Zvitser İnterpolun “qırmızı” orderi ilə beynəlxalq axtarışdadır.

Ona cinayətkar birliyin təşkili, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qanunsuz silah saxlama və cinayət yolu ilə əldə edilmiş gəlirlərin qanuniləşdirilməsi daxil olmaqla, bir sıra maddələr üzrə ittihamlar irəli sürülüb.

Bu ilin iyul ayında Podqoritsa Ali Məhkəməsi Zvitser barəsində qiyabi hökm çıxararaq ona 40 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.