İranın Kirman vilayətinin Rudbar şəhərinin səmasında ABŞ-yə məxsus qanadlı raket vurulub.
Əks-səda xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məlumatını IRIB yayıb.
“Amerikanın qanadlı raketi Rudbar üzərində ələ keçirilərək məhv edilib”, – məlumatda bildirilib.
Qeyd olunub ki, raket SEPAH-ın hava hücumundan müdafiə sistemi (HHM) tərəfindən zərərsizləşdirilib.
Xatırladaq ki, İranın təhlükəsizlik qüvvələri Fars vilayətində də ABŞ-yə məxsus raketi məhv edib.


