• Home  
  • Filippin səfiri Çinin Xarici İşlər Nazirliyinə çağırılıb
- Dünya - Gündəm - Siyasət

Filippin səfiri Çinin Xarici İşlər Nazirliyinə çağırılıb

Çin Filippin səfirini Xarici İşlər Nazirliyinə (XİN) çağırıb və bir gün əvvəl Cənubi Çin dənizindəki İkinci Tomas dayazlığı ərazisində iki ölkənin gəmiləri arasında baş vermiş insidentlə əlaqədar ona rəsmi etirazını bildirib. Əks-səda xəbər verir ki, bu barədə XİN-in bəyanatında vurğulanıb. Ötən gün mübahisəli sularda gəmilərin toqquşmasından sonra Çin və Filippin bir-birini təxribatda günahlandırıblar. Manila Filippin Hərbi Dəniz […]

Çin Filippin səfirini Xarici İşlər Nazirliyinə (XİN) çağırıb və bir gün əvvəl Cənubi Çin dənizindəki İkinci Tomas dayazlığı ərazisində iki ölkənin gəmiləri arasında baş vermiş insidentlə əlaqədar ona rəsmi etirazını bildirib.

Əks-səda xəbər verir ki, bu barədə XİN-in bəyanatında vurğulanıb.

Ötən gün mübahisəli sularda gəmilərin toqquşmasından sonra Çin və Filippin bir-birini təxribatda günahlandırıblar.

Manila Filippin Hərbi Dəniz Qüvvələrinin hərbçilərindən birinin başından zərbə aldığını bildirib, Pekin isə Filippin tərəfini insidentə təhrik etməkdə günahlandırıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.