• Home  
  • Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
- Cəmiyyət - Gündəm - Ölkə

Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb

Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb. Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi müfəttişləri tərəfindən Ağcabədi rayonu, Hacıbədəlli kəndində fəaliyyət göstərən fərdi sahibkar Rüstəmov Ruslan Eldar oğluna məxsus pendir sexində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı müəssisədə istismar olunan 1 ədəd buxar […]

Cəmiyyət

Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb.

Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi müfəttişləri tərəfindən Ağcabədi rayonu, Hacıbədəlli kəndində fəaliyyət göstərən fərdi sahibkar Rüstəmov Ruslan Eldar oğluna məxsus pendir sexində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı müəssisədə istismar olunan 1 ədəd buxar qazanının üzərində quraşdırılmış qoruyucu klapanın yoxlanılmadığı və texniki şəhadətləndirilməsinin aparılmadığı müəyyən edilib.

Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, buxar qazanının istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.