• Home  
  • SEPAH ABŞ-nin Küveytdəki hərbi bazasına PUA hücumu edib
- Dünya - Gündəm

SEPAH ABŞ-nin Küveytdəki hərbi bazasına PUA hücumu edib

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Küveytdəki hərbi bazasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib. Əks-səda xəbər verir ki, bu barədə SEPAH-a istinadən “Tasnim” agentliyi məlumat yayıb. “Küveytin Əl-Doha hərbi bazasında yerləşən Amerika ordusunun sursat anbarlarına və quru qoşunlarının logistik idarəetmə mərkəzinə PUA ilə zərbə endirilib”, – məlumatda bildirilib. Qeyd olunub ki, Küveytin paytaxtının (Küveyt) […]

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Küveytdəki hərbi bazasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.

Əks-səda xəbər verir ki, bu barədə SEPAH-a istinadən “Tasnim” agentliyi məlumat yayıb.

“Küveytin Əl-Doha hərbi bazasında yerləşən Amerika ordusunun sursat anbarlarına və quru qoşunlarının logistik idarəetmə mərkəzinə PUA ilə zərbə endirilib”, – məlumatda bildirilib.

Qeyd olunub ki, Küveytin paytaxtının (Küveyt) sahilyanı rayonu olan Əl-Doha ABŞ-nin ən mühüm hərbi bazalarından biridir:

“Əl-Doha həmçinin Yaxın Şərqdə yerləşdirilmiş Amerika hərbçiləri üçün dəstək mərkəzidir. Burada ABŞ quru qoşunları, eləcə də hərbi dəniz qüvvələri, aviasiyasının texnika və şəxsi heyəti yerləşdirilib”.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.