• Home  
  • İspaniyanın bir sıra regionlarında qırmızı təhlükə səviyyəsi elan edilib
- Dünya - Gündəm - Hadisə

İspaniyanın bir sıra regionlarında qırmızı təhlükə səviyyəsi elan edilib

İspaniyanın Valensiya və Kataloniya muxtar icmalarında tufan və leysan yağışları ilə əlaqədar qırmızı təhlükə səviyyəsi elan edilib. Əks-səda xəbər verir ki, bu barədə yerli media İspaniya Dövlət Meteorologiya Agentliyinə istinadən məlumat yayıb. “Valensiya, Kastelyon və Taraqonanın cənub sahili qırmızı təhlükə səviyyəsindədir. Ətraf ərazilərdə narıncı təhlükə səviyyəsi saxlanılır”, – məlumatda bildirilib. Qeyd edilib ki, bəzi rayonlarda şiddətli yağışlar […]

İspaniya

İspaniyanın Valensiya və Kataloniya muxtar icmalarında tufan və leysan yağışları ilə əlaqədar qırmızı təhlükə səviyyəsi elan edilib.

Əks-səda xəbər verir ki, bu barədə yerli media İspaniya Dövlət Meteorologiya Agentliyinə istinadən məlumat yayıb.

“Valensiya, Kastelyon və Taraqonanın cənub sahili qırmızı təhlükə səviyyəsindədir. Ətraf ərazilərdə narıncı təhlükə səviyyəsi saxlanılır”, – məlumatda bildirilib.

Qeyd edilib ki, bəzi rayonlarda şiddətli yağışlar qəfil daşqınlara və çayların daşmasına səbəb ola bilər.

İspaniyanın Baş naziri Pedro Sançes də sosial şəbəkələrdə bir sıra regionlarda əlverişsiz hava şəraiti barədə xəbərdarlıq edib: “Valensiya və Kataloniyada tufan, leysan ilə əlaqədar qırmızı xəbərdarlıqlar elan edilib. Vəziyyətin son dərəcə əlverişsiz olacağı gözlənilir”.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.