• Home  
  • Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı hücum əməliyyatlarının gücləndiriləcəyini bildirib
- Dünya - Gündəm

Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı hücum əməliyyatlarının gücləndiriləcəyini bildirib

Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı, general-mayor Mixail Drapatı Prezident Volodimir Zelenskinin ordu qarşısında hücum əməliyyatlarının gücləndirilməsi ilə bağlı tapşırıqlar qoyduğunu açıqlayıb. Əks-səda xəbər verir ki, Mixail Drapatı bu barədə “Facebook” səhifəsində paylaşım edib. O bildirib ki, qarşıya quru, hava, kiber və digər əməliyyat sahələrində hücum fəaliyyətinin davam etdirilməsi və gücləndirilməsi, qarşı tərəfin arxa cəbhəsində yeni […]

Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı, general-mayor Mixail Drapatı Prezident Volodimir Zelenskinin ordu qarşısında hücum əməliyyatlarının gücləndirilməsi ilə bağlı tapşırıqlar qoyduğunu açıqlayıb.

Əks-səda xəbər verir ki, Mixail Drapatı bu barədə “Facebook” səhifəsində paylaşım edib.

O bildirib ki, qarşıya quru, hava, kiber və digər əməliyyat sahələrində hücum fəaliyyətinin davam etdirilməsi və gücləndirilməsi, qarşı tərəfin arxa cəbhəsində yeni əməliyyatların planlaşdırılması, qoşunların və texnologiyaların inkişaf etdirilməsi, həmçinin Silahlı Qüvvələrin imkanlarının artırılması vəzifələri qoyulub.

Drapatı qeyd edib ki, yeni komandanlıq qarşıda mürəkkəb işlərin olduğunu nəzərə alaraq fəaliyyətini davam etdirəcək.

Yeni baş komandan Baş Qərargah rəisi vəzifəsinə general-mayor İqor Skibyukun təyin olunduğunu da açıqlayıb. O, daha əvvəl Ukraynanın Hava Desant-Hücum Qoşunlarına komandanlıq edib.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırskini vəzifəsindən azad edərək bu posta Mixail Drapatını təyin edib. Drapatı təyinatadək Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı vəzifəsində çalışıb.

Ukrayna mətbuatının məlumatına görə, kadr dəyişiklikləri ölkənin hərbi rəhbərliyində aparılan islahatlar fonunda həyata keçirilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.