• Home  
  • Xalq artisti Tofiq Mirzəyev 94 yaşında vəfat edib, İsraildə dəfn ediləcək
- Gündəm - Mədəniyyət və Incəsənət

Xalq artisti Tofiq Mirzəyev 94 yaşında vəfat edib, İsraildə dəfn ediləcək

Azərbaycanın Xalq artisti, tanınmış kino aktyoru Tofiq Mirzəyev ötən gün gecə saatlarında İsrailin Beer-Şeva şəhərində yerləşən xəstəxanada vəfat edib. Əks-səda xəbər verir ki, bu barədə İsraildə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman məlumat verib. O qeyd edib ki, Xalq artisti 2 ay əvvəl insult səbəbilə sözügedən xəstəxanaya yerləşdirilib: “Tofiq Mirzəyevin səhhəti bir müddət əvvəl yaxşılaşsa da, son günlər […]

Azərbaycanın Xalq artisti, tanınmış kino aktyoru Tofiq Mirzəyev ötən gün gecə saatlarında İsrailin Beer-Şeva şəhərində yerləşən xəstəxanada vəfat edib.

Əks-səda xəbər verir ki, bu barədə İsraildə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman məlumat verib.

O qeyd edib ki, Xalq artisti 2 ay əvvəl insult səbəbilə sözügedən xəstəxanaya yerləşdirilib: “Tofiq Mirzəyevin səhhəti bir müddət əvvəl yaxşılaşsa da, son günlər yenidən halı pisləşdi. Özü sağlığında dəfələlərlə Bakıda dəfn olunmağı ilə bağlı arzularını dilə gətirsə də, bu gün İsrailin Arad şəhərindəki qəbiristanlıqda dəfn olunması planlaşdırılır”.

Xatırladaq ki, Tofiq Mirzəyev 1932-ci ildə Gədəbəy rayonunda anadan olub. 1976-cı ildə Azərbaycan SSR-in Əməkdar artisti fəxri adına layiq görülən sənətçi Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. O, 2022-ci il iyunun 14-də Azərbaycan Respublikasının Xalq artisti fəxri adına və həmin tarixdə “Şöhrət” ordeninə layiq görülüb. Tofiq Mirzəyev “Nəsimi”, “Üzeyir ömrü”, “O qızı tapın”, “Onun bəlalı sevgisi”, “Uşaqlığın son gecəsi”, “İstintaq” kimi filmlərdə rol alıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.