• Home  
  • Yanğınlarla əlaqədar Madrid və Avilada fövqəladə vəziyyət elan edilib
- Dünya - Gündəm - Hadisə

Yanğınlarla əlaqədar Madrid və Avilada fövqəladə vəziyyət elan edilib

İspaniya hökuməti Madrid icmasını və Avila əyalətini (Kastiliya və Leon) bürüyən və təxminən 11 500 nəfərin təxliyə edilməsinə səbəb olan genişmiqyaslı meşə yanğınları ilə əlaqədar bu regionlarda fövqəladə vəziyyət elan edib. Əks-səda xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb. Madrid icmasında baş verən üç meşə yanğını səbəbindən 10 mindən çox insan təxliyə edilib. Avilada […]

İspaniya hökuməti Madrid icmasını və Avila əyalətini (Kastiliya və Leon) bürüyən və təxminən 11 500 nəfərin təxliyə edilməsinə səbəb olan genişmiqyaslı meşə yanğınları ilə əlaqədar bu regionlarda fövqəladə vəziyyət elan edib.

Əks-səda xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.

Madrid icmasında baş verən üç meşə yanğını səbəbindən 10 mindən çox insan təxliyə edilib.

Avilada çərşənbə günü başlayan yanğın nəticəsində El-Tyemblo bələdiyyəsindəki kənd turizm kompleksi və yaşayış massivindən 1 500 nəfər təxliyə edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.