• Home  
  • “Ulduz müharibələri” filminin məşhur qılıncı rekord qiymətə satıldı
- Dünya - Gündəm - Maqazin

“Ulduz müharibələri” filminin məşhur qılıncı rekord qiymətə satıldı

“Ulduz müharibələri” filminin çəkilişlərində istifadə olunmuş Lyuk Skayuokerin orijinal işıq qılıncı hərracda 3.75 milyon dollara satılıb. Əks-səda xəbər verir ki, söhbət Lyuk Skayuokerin 1980-ci il istehsalı olan “Ulduz müharibələri: Epizod V – İmperiya cavab zərbəsi vurur” filmində Dart Veyderlə döyüşərkən istifadə etdiyi işıq qılıncından gedir. Bu satış “Ulduz müharibələri” saqasının çəkilişlərində istifadə olunmuş rekvizitlər arasında yeni dünya […]

“Ulduz müharibələri” filminin çəkilişlərində istifadə olunmuş Lyuk Skayuokerin orijinal işıq qılıncı hərracda 3.75 milyon dollara satılıb.

Əks-səda xəbər verir ki, söhbət Lyuk Skayuokerin 1980-ci il istehsalı olan “Ulduz müharibələri: Epizod V – İmperiya cavab zərbəsi vurur” filmində Dart Veyderlə döyüşərkən istifadə etdiyi işıq qılıncından gedir.

Bu satış “Ulduz müharibələri” saqasının çəkilişlərində istifadə olunmuş rekvizitlər arasında yeni dünya rekordu müəyyənləşdirib.

Xatırladaq ki, əvvəlki rekord 1977-ci il istehsalı olan ilk filmdən qalma “X-wing” qırıcı təyyarəsinin orijinal modelinə məxsus idi. Həmin model 2023-cü ilin oktyabrında 3.135 milyon dollara satılmışdı.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.