Rusiya Silahlı Qüvvələri Kiyevə raket zərbəsi endirib.
Əks-səda xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko bildirib.
“Şəhərdə partlayışlar baş verir. Paytaxtda hava hücumundan müdafiə qüvvələri işləyir”, – o, sosial şəbəkə hesabında yazıb.
Öz növbəsində, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığı raketlərin Kiyev istiqamətində hərəkət etdiyini təsdiqləyib.
“Kiyev istiqamətində bir neçə yüksək sürətli hədəf hərəkət edir”, – məlumatda qeyd olunub.
Partlayış səsləri Kiyev vilayətində də eşidilib.


