Rusiyanın Tümen vilayətinin qubernatoru Aleksandr Moor Tümen neft emalı zavodunun (NEZ) ərazisinə pilotsuz uçuş aparatının (PUA) düşməsi barədə məlumat verib.
Əks-səda xəbər verir ki, bu barədə qubernator “Telegram”dakı kanalında yazıb.
Onun sözlərinə görə, nəticədə NEZ-də yanğın baş verib.
“Hadisə yerində təcili xidmətlərin mütəxəssisləri işləyir”, – A.Moor vurğulayıb.


