• Home  
  • Avropa Liqası: “Qarabağ” azarkeşləri üçün ÇSKA ilə cavab oyununun biletləri satışa çıxarılır
- Idman - Manşet - Ölkə

Avropa Liqası: “Qarabağ” azarkeşləri üçün ÇSKA ilə cavab oyununun biletləri satışa çıxarılır

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) – “Qarabağ” cavab oyunu üçün biletlər bu gün saat 17:00-dan etibarən satışa çıxarılacaq. Əks-səda xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, biıetləri iTicket.az vasitəsilə onlayn şəkildə almaq mümkün olacaq. Bir biletin qiyməti 28 AZN təşkil edir. Sofiyadakı “Vasil Levski” arenasında “Qarabağ” […]

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) – “Qarabağ” cavab oyunu üçün biletlər bu gün saat 17:00-dan etibarən satışa çıxarılacaq.

Əks-səda xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, biıetləri iTicket.az vasitəsilə onlayn şəkildə almaq mümkün olacaq. Bir biletin qiyməti 28 AZN təşkil edir.

Sofiyadakı “Vasil Levski” arenasında “Qarabağ” azarkeşləri üçün 800 yer ayrılıb.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk görüşdə hesab açılmayıb. Cavab matçı iyulun 30-da Sofiyada baş tutacaq və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.