• Home  
  • Bakıda daxili iməcilik keçirilib
- Cəmiyyət - Gündəm - Ölkə

Bakıda daxili iməcilik keçirilib

Yay mövsümündə Bakı səhərinin sanitar-təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə paytaxtda növbəti daxili iməclik keçirilib. Əks-səda xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib. Keçirilən iməclik zamanı şəhər mərkəzindəki prospekt və küçələrlə yanaşı paytaxt qəsəbələrinin də küçələri yuyulub, orada əsaslı təmizlik işləri görülüb. Səhər saatlarından Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası bitki […]

Yay mövsümündə Bakı səhərinin sanitar-təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə paytaxtda növbəti daxili iməclik keçirilib.

Əks-səda xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Keçirilən iməclik zamanı şəhər mərkəzindəki prospekt və küçələrlə yanaşı paytaxt qəsəbələrinin də küçələri yuyulub, orada əsaslı təmizlik işləri görülüb. Səhər saatlarından Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası bitki və canlılara zərər verməyən yuyucu maddələrlə küçələrin yuyulmasını aparıb.

Həmçinin səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. Yol kənarlarındakı ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman işləri aparılıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən gün ərzində yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların üzərinə yığılan toz-torpağın yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib, zədələnən budaqları budanıb. Eyni zamanda, rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.