• Home  
  • Kastamonuda leysan yağışları selə səbəb olub, ev və iş yerləri su altında qalıb
- Dünya - Gündəm - Hadisə

Kastamonuda leysan yağışları selə səbəb olub, ev və iş yerləri su altında qalıb

Türkiyənin şimalındakı Kastamonu vilayətində şiddətli leysan yağışları sel və daşqınlara səbəb olub. Əks-səda xəbər verir ki, yağışla bağlı narıncı xəbərdarlıq verilən vilayətin Cide rayonunda Devrekani çayı daşıb. Sel nəticəsində bir çox evlər, iş yerləri və avtomobillər sular altında qalıb. Bununla yanaşı, daşqın səbəbindən Bartın vilayətinə gedən avtomagistral bağlanıb. Sel və daşqın nəticəsində xəsarət alanlar barədə məlumat […]

Türkiyənin şimalındakı Kastamonu vilayətində şiddətli leysan yağışları sel və daşqınlara səbəb olub.

Əks-səda xəbər verir ki, yağışla bağlı narıncı xəbərdarlıq verilən vilayətin Cide rayonunda Devrekani çayı daşıb.

Sel nəticəsində bir çox evlər, iş yerləri və avtomobillər sular altında qalıb. Bununla yanaşı, daşqın səbəbindən Bartın vilayətinə gedən avtomagistral bağlanıb. Sel və daşqın nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.

Aidiyyəti qurumlar yağışın fəsadlarının aradan qaldırılması istiqamətində iş aparır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.