• Home  
  • Peruda avtobusların toqquşması zamanı beş nəfər həlak olub
- Dünya - Gündəm - Hadisə

Peruda avtobusların toqquşması zamanı beş nəfər həlak olub

Perunun cənubunda iki avtobusun toqquşması nəticəsində ən azı beş nəfər həlak olub, 16 nəfər yaralanıb. Əks-səda “Associated Press”ə istinadən xəbər verir ki, qəza Çili ilə sərhəd yaxınlığında, Takna şəhərindəki Cənubi Panamerika şossesində baş verib. İlkin ehtimala görə, avtobuslardan biri qarşı hərəkət zolağına çıxaraq yük maşınını ötməyə cəhd edib və digər sərnişin nəqliyyatı vasitəsi ilə toqquşub. […]

Perunun cənubunda iki avtobusun toqquşması nəticəsində ən azı beş nəfər həlak olub, 16 nəfər yaralanıb.

Əks-səda “Associated Press”ə istinadən xəbər verir ki, qəza Çili ilə sərhəd yaxınlığında, Takna şəhərindəki Cənubi Panamerika şossesində baş verib.

İlkin ehtimala görə, avtobuslardan biri qarşı hərəkət zolağına çıxaraq yük maşınını ötməyə cəhd edib və digər sərnişin nəqliyyatı vasitəsi ilə toqquşub.

Xəsarət alanların əksəriyyətinin vəziyyəti sabitdir, bir nəfərdə ağır sınıqlar var.

Aidiyyəti qurumlar baş verən hadisənin bütün hallarını müəyyənləşdirir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.