• Home  
  • Azərbaycan neftinin qiyməti 117 dollardan aşağı düşüb
- Gündəm - İQTİSADİYYAT - Ölkə

Azərbaycan neftinin qiyməti 117 dollardan aşağı düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,54 ABŞ dolları və ya 4,53 % azalaraq 116,83 ABŞ dolları təşkil edib. Əks-səda xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 118,41 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,21 ABŞ […]

İqtisadiyyat

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,54 ABŞ dolları və ya 4,53 % azalaraq 116,83 ABŞ dolları təşkil edib.

Əks-səda xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 118,41 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,21 ABŞ dolları və ya 5,34 % azalaraq 110,09 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.