• Home  
  • Kürdəmir rayonunda ağır yol qəzası baş verib
- Gündəm - Hadisə - Ölkə

Kürdəmir rayonunda ağır yol qəzası baş verib

Kürdəmir rayonunda ağır yol qəzası baş verib. Əks-səda xəbər verir ki, hadisə Ağsu-Kürdəmir yolunda qeydə alınıb. Belə ki, Ağsu istiqamətindən hərəkət edən Əlismayıl İsmayıl oğlu Nəbiyevin idarə etdiyi “Daewoo Nexia” markalı avtomobil yol kənarında dayanmış 2 ədəd “Vaz 2106” markalı avtomobilə çırpılıb. Nəticədə həmin avtomobillərin birində olan sərnişin Kamran Nadir oğlu Məmmədov ağır xəsarətlər alıb. O, xəstəxanaya aparılarkən […]

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

Əks-səda xəbər verir ki, hadisə Ağsu-Kürdəmir yolunda qeydə alınıb.

Belə ki, Ağsu istiqamətindən hərəkət edən Əlismayıl İsmayıl oğlu Nəbiyevin idarə etdiyi “Daewoo Nexia” markalı avtomobil yol kənarında dayanmış 2 ədəd “Vaz 2106” markalı avtomobilə çırpılıb.

Nəticədə həmin avtomobillərin birində olan sərnişin Kamran Nadir oğlu Məmmədov ağır xəsarətlər alıb. O, xəstəxanaya aparılarkən vəfat edib.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində cinayət işi başlanılaraq istintaq aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.