• Home  
  • Biləsuvarda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
- Gündəm - Hadisə - Ölkə

Biləsuvarda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib

Biləsuvar rayonunda sürücü sükan arxasında dünyasını dəyişib. Əks-səda xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndi ərazisində qeydə alınıb. “Niva” markalı avtomobilin sürücüsü, 1960-cı il təvəllüdlü Əlizadə Əliyev idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yol kənarındakı kanala düşüb. İlkin məlumata görə, Ə. Əliyev sükan arxasında ürəktutmasından vəfat edib. Qeyd edək ki, mərhum rayonda fəaliyyət göstərən pambıq şirkətlərinin […]

Biləsuvar rayonunda sürücü sükan arxasında dünyasını dəyişib.

Əks-səda xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndi ərazisində qeydə alınıb.

“Niva” markalı avtomobilin sürücüsü, 1960-cı il təvəllüdlü Əlizadə Əliyev idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yol kənarındakı kanala düşüb.

İlkin məlumata görə, Ə. Əliyev sükan arxasında ürəktutmasından vəfat edib.

Qeyd edək ki, mərhum rayonda fəaliyyət göstərən pambıq şirkətlərinin birində aqronom çalışırmış.

Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.